XƏBƏR LENTİ
08 May 2021
07 May 2021
06 May 2021



ƏBÜLFƏT MƏDƏTOĞLU, TUT ARAĞI VƏ ZAKİR FƏXRİ NİYƏ ÖZÜNDƏN ÇIXDI? - Aqil ABBAS yazır
MƏMLƏKƏT 18:00 / 16.10.2020

Cəbhədəkigərginlikdemək olar ki, bütün millətəsirayət edib.Hamımızın ürəyi döyüşmeydanındakı əsgərlərimizinyanındadı. Az qalaonların nəfəslərinihiss edirik. Yəqin ki, onlar da bizlərin nəfəsini hiss edirlər. Və kürəklərindəxalqın nəfəsinihiss etdiklərindənhər gün yeni zəfərlərə imza atırlar. 20 gündə 40-dançox kənd, 1 şəhər, 1 qəsəbə düşmənişğalındanazad olunub. Ordumuz müqəddəsbayrağımızı dalğalandıra-dalğalandıraüzü Şuşayagedir.

Dedimbir az gərginliyiazaldım, bir xoş ovqatyaradım.

Deməli, belə. Şair Əbülfət Mədətoğluməşhur Tuğ kəndindəndi. Bu kənddəəhali qırx-altmışadı.Yəni altmış faizi azərbaycanlılar, 40 faiziermənilər.Cəfər Cabbarlının«1905-ci il» pyesində dəhadisələrTuğ kəndində cərəyan edir.

Tuğda Adəm və Həvva doğulmasa da cənnətin özü idi. İnşallah, görməyənlərgedibgörəcək. Artıq ordumuz Tuğkəndinintəxminən1 kilometrliyindədi.Yəqin ki, bu gün-sabah Ali Baş Komandanİlham Əliyevinnövbəti tivitində bu kəndin də adını oxuyacaqsınız.

Yay aylarında Əbülfətgilinkasıb daxmasında qonaq-qaradanyer tapılmazdı. Xüsusilə də Azərbaycanınməşhurşairvə yazıçıları ailələri ilə Əbülfətgilə qonaqolardı.

Şair Ağa Laçınlının«Səmimiyyət» adlı birşeiri var:


Ərk ilə evinə gəlmişəm, ay dost;

Görürəm, açıqdır qaşın-qabağın.

Komanı imarət bilmişəm, ay dost,

Nə gərək utanıb tər axıtmağın.


Səndən dünya malı ummayıram mən,

Sanma bəyənmirəm yavan loxmanı.

Doyursan qəlbimi səmimiyyətdən,

Bağrıma basaram kasıb daxmanı.


Və Əbülfətgilin «kasıb» daxması hamının üzünəaçıqıydı. Və atası da öz səmimiyyətiyləhamınıdoydururdu.

Deməli, belə. Bir dəfə Əbülfət, mən, şair Zakir Fəxri və bir neçə dostoturubçörək yeyirdik. Təbii ki, yaralı qarabağlılarınsöhbəti də öz yaralarıhaqqındaydı. BirdənƏbülfət qayıtdı ki, Babək doğulanda 40 litr tut arağını palıd çəlləkdə həyətdə basdırmışdım ki, Babəkin sünnətindəçəlləyinağzını açacam.Zakir Fəxri də dedi ki, ə, yekəkişisən, o qədərtut arağını erməniyə qoyub gələrlər?

Əbülfət o çəlləyinağzınıBabəkin sünnətindəaça bilmədi, heçtoyunda daaça bilmədi.

Həmin gün gəldim, qəzetdə biranekdotyazdım.

Şairləroturubyeyib-içirlər.Və birdənƏbülfət qayıdır ki, həyətdə palıdçəlləyində40 litrtut arağıbasdırmışdım.

Zakir Fəxrinin də kefikökdü, qalxırayağa, deyirhamınız durun.

- Zakir, niyə?

- Ə, dedimdurunayağa, durun.

Hamı məcburolubqalxır və soruşurki, nə olub.

ZakirFəxri:

- Ə, beləkişilikolar? Gül kimiarağırazı ola bilmərikki, erməniiçsin. GetdikTuğuazad etməyə!

Bu səhər işə gələndə Əbülfətçıxdı qarşıma. Həmin hadisə yadıma düşdü, güldüm.Əbülfət soruşdu ki, Məllim,nəyə gülürsən?

- Atillanınsünnətinə vaxtdı?

AtillaƏbülfətin nəvəsidi, yəni Babəkin oğludu.

- Bu virusa görəsaxlamışam, görək də. Nəyə görəsoruşursan ki?

- Heç. Ordumuz bu gün-sabah Tuğu azad edəcək. Zakir Fəxrini də götürübgedərik Tuğa, basdırdığıntut arağınıçıxararıq Atillanınsünnətiniedərik, kirvəsi də mən olaram.

Əbülfətin gözləri doldu, boynumuqucaqladı, dedi:

- İnşallah!

İNŞALLAH!

TANRI ƏSGƏRLƏRİMİZİ QORUSUN!

TANRI ALİ BAŞ KOMANDANIMIZI QORUSUN!


2264 oxunub

InvestAZ