XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Şehiçdən Gəncədə törədilən terror aktına reaksiya - FOTO
İDMAN 11:59 / 12.10.2020

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə biganə qalmayıb.

Hazırda Türkiyə "Konyaspor"unda çıxış edən bosniya və herseqovinalı qapıçı bununla bağlı özünün "Feysbuk" səhifəsində paylaşım edib. O, üzərində "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.

Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə "Qarabağ"da oynayıb.


4671 oxunub

InvestAZ