XƏBƏR LENTİ
08 May 2021
07 May 2021
06 May 2021



İcra hakimiyyəti: Gəncə sakinləri Azərbaycan Ordusuna inanır və dəstək verir
MƏMLƏKƏT 11:09 / 09.10.2020

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutmasına baxmayaraq, şəhər ərazisində vətəndaşlar arasında heç bir ruh düşkünlüyü yoxdur.

Gəncə şəhər İcra Hakimiyyətindən Yenises.az-a verilən məlumata görə, hazırda Gəncə şəhərində böyük ruh yüksəkliyi var: "Gəncədə hazırda həyat öz axarı ilə davam etməkdədir. İctimai nəqliyyat normal qaydada fəaliyətini davam etdirir. Əhali əvvəlki qaydada gündəlik işləri ilə məşğuldur, heç bir təşviş yoxdur. Gəncə əhalisi anlayır ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən Ermənistan hərbçiləri dinc sakinləri hədəf almaqla nəyəsə nail olmağa cəhd edir. Amma xalq Azərbaycan Ordusuna inanır və əsgərlərimizə hər cür dəstək olmağa hazırdır. Hər gün küçələrdə insanlar Azərbaycan Ordusuna dəstək məqsədilə qələbə şüarları səsləndirir, Ordumuzun uğurlarına sevinməkdə davam edir. İnanırıq ki, yaxın günlərdə Azərbaycan Ordusu bizə qələbə sevincini yaşadacaq".

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri bir neçə gündür Gəncə şəhərini ağır artilleriya və raketlərdən atəşə tutur. Erməni hərbçiləri əsasən mülki vətəndaşların kompakt yaşadıqları əraziləri hədəfə alır.


6418 oxunub

InvestAZ