XƏBƏR LENTİ
08 May 2021
07 May 2021
06 May 2021



Yasamal və Səbail rayonundan olan şəhid ailələrinə sovqat paylanıldı
MƏMLƏKƏT 11:55 / 07.10.2020
"Şəhid ailələrinə maddi və mənəvi dəstək" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Bakı şəhərində şəhid ailələrinin post pandemiya dövrünə adaptasiya olması ilə bağlı təbliğat işlərinin aparılması” layihəsi çərçivəsində Yasamal və Sabail rayonlarından olan 60 şəhid ailəsinə sovqat paylayıb.

Layihə barəsində məlumat verən təşkilat sədri Nəzakət Həsənova bildirib ki, layihə Bakı şəhərinin Səbail, Yasamal rayonlarında olan şəhid ailələrinin koronavirus pandemiyası ilə mübarizə sahəsində məlumatlandırılmasından, onların post-pandemiya dövrünə adaptasiya olması yönündə maarifləndirilməsindən bəhs edir. Onun sözlərinə görə, 3 ay həyata keçiriləcək layihə çərçivəsində Bakı şəhərinin Yasamal, Səbail rayonlarında ehtiyacı olan 60 şəhid ailələrinə yardım sovqatı paylanılması nəzərdə tutulub. Sovqata 17 addam məhsul daxildir ki, bu məhsullar Şuranın elan etdiyi standartlar səviyyəsindədir.

Layihə çərçivəsində 500 ədəd maarifləndirici bukletin çap olunduğunu diqqətə çatdıran N. Həsənova qeyd edib ki, bukletlərdə sosial məsafə, maskalardan düzgün istifadə və koronavirusla bağlı ətraflı məlumatlar öz əksini tapıb. Bu bukletlər də pulsuz olaraq Bakı şəhərinin Yasamal və Səbail rayonlarında paylıldı.
3682 oxunub

InvestAZ