XƏBƏR LENTİ
08 May 2021
07 May 2021
06 May 2021



Aprel qəhrəmanı düşmənin 11 texnikasını məhv etdi - MN
MƏMLƏKƏT 09:51 / 06.10.2020

2016-cı ilin Aprel döyüşlərində 6 tank məhv edərək "Azərbaycan Bayrağı” ordeninə layiq görülən gizir Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir.

Yenises.az  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, topaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizir T.Misirxanov şəxsi rəşadət göstərərək bugünədək düşmənin daha 11 zirehli texnikasını sıradan çıxarıb.

Azərbaycan Ordusunun qələbələrində payı olan, ümumilikdə 17 düşmən texnikasını məhv edən igid döyüşçümüz bundan qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə sonadək döyüşəcəyini fəxrlə deyir.


3075 oxunub

InvestAZ