XƏBƏR LENTİ
08 May 2021
07 May 2021
06 May 2021



Ermənilər Tərtərə növbəti dəfə top atdı
MƏMLƏKƏT 09:18 / 05.10.2020
Cəbhədə şiddətli döyüşlər davam edir.

Yenises . az Reporta istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur.

Düşmən yenidən rayonun dinc sakinlərini hədəf alıb.

Oktyabrın 4-ü gecə saatlarında ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzinə düşüb. Nəticədə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğlu yaralanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb.

Bundan başqa, mülki evlərə, obyektlərə və inzibati binalara ziyan dəyib. Bir çox evlər, obyektlər dağıdılıb. Hazırda döyüşlər davam edir.



3021 oxunub

InvestAZ