XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



UEFA klublarımıza pul ayırdı
İDMAN 14:16 / 28.12.2019

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb.

Yenises.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"dan başqa hər bir kluba 56 794,43 məbləğində ödəniş olunub.

Vəsait 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klublara ödənilir.

Qeyd edək ki, "Keşlə” üçün nəzərdə tutulmuş vəsait paytaxt təmsilçisinin aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.


9832 oxunub

InvestAZ