XƏBƏR LENTİ
08 May 2021
07 May 2021
06 May 2021



Azərbaycanda 108 nəfər COVID-19-a yoluxdu, 137 nəfər sağaldı, 1 nəfər vəfat etdi
MƏMLƏKƏT 17:01 / 03.10.2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenises.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 min 561 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 354 nəfər müalicə olunaraq sağalıb, 595 nəfər vəfat edib. Aktiv xəstə sayı 1612 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 132 min 327 test aparılıb. Bugünkü test sayı isə 5789-dur.

2398 oxunub

InvestAZ