XƏBƏR LENTİ
08 May 2021
07 May 2021
06 May 2021



Putin Qarabağla bağlı açıq şəkildə dedi ki... – Zülfüqarov
MƏMLƏKƏT 17:42 / 29.09.2020

Ermənistan mənfur siyasəti fiaskoya uğradı. Rəsmi İrəvan hər nə qədər Rusiyanı münaqişəyə daxil etmək istəsə də, hazırda Azərbaycan qarşısında tək qalıb.

Bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə dedi ki, biz digər dövlətlərin daxili işinə qarışmırıq:

"Bu, bir daha onu göstərir ki, Kreml mövcud gərginlik çərçivəsində Dağlıq Qarabağda baş verən hadisələri Azərbaycanın daxili məsələsi olaraq görür. Mahiyyət etibarilə bu, real və doğru yanaşmadır. Rəsmi İrəvan Kremlin səssizliyinə etiraz edə bilmir. Çünki Rusiyaya görə Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən İrəvan Moskva ilə münasibətləri korlaya bilməz.

Bu gün Rusiya və ya Qərbin Ermənistana hər hansı bir dəstək verəcəyini düşünmürəm”.


2758 oxunub

InvestAZ