XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Bu gün daha 3330 namizəd müəllim olmaq üçün imtahan verir
MƏMLƏKƏT 09:33 / 02.09.2020

Sentyabrın 2-də riyaziyyat fənni üzrə test imtahanları keçirilir.

Təhsil Nazirliyindən Yenises.az-a verilən məlumata görə, imtahanlarda 3330 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!


3365 oxunub

InvestAZ