XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Cəlal İsayev: “Məktəblərdə yoluxma riski qat-qat çox ola bilər”
MƏMLƏKƏT 10:18 / 31.08.2020
Məktəblərdə də uşaqların maskadan istifadəsinə nəzarət etmək çox vacibdir.

Bu sözləri Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, yaşından asılı olmayaraq hər bir məktəblinin maska taxması gözəl olardı:

"Bilirsiniz ki, məktəblər də qapalı məkandır və belə yerlərdə xəstəliyin yayılma riski qat-qat çoxdur. Camaat 12 yaşında gedib kəşflər edir. ÜST tövsiyə edirsə, maskanı taxmaq vacibdir. Uşaqların bu vərdişlərə yiyələnməsi üçün lazımi tədbirlər də görülməlidir. Valideynlər, müəllimlər bu sahədə işləməlidir. Bu gün şahidi oluram ki, bəzi marketlərdə nə işçilər, nə də müştərilər maskalardan istifadə etmir. Təəssüf ki, onlara irad bildirdikdən sonra qaydalara riayət etməyə başladılar”.

C.İsayev məktəblərdə kütləvi yoluxma hallarının baş verə biləcəyi ilə bağlı məqama da aydınlıq gətirib:

"Bunu proqnozlaşdırmaq çətindir. Düzdür, qapalı məkanlar olduğu üçün risk var. Amma bu, insanların qaydalara, tövsiyələrə əməl etməsindən asılıdır. Doğrudur, məktəbdə dərs saatlarında maskada oturmaq çətindir, amma bütün hallarda qaydalara əməl edilməlidir”.

Xatırladaq ki, Azərbaycanda sentyabrın 15-dən təhsil və təlim prosesi bərpa olunacaq. Bu, müəyyən şərtlər daxilində və ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla təşkil ediləcək.

3078 oxunub

InvestAZ