XƏBƏR LENTİ
22 İyun 2021
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



“Karyera planlaması” mövzusunda vebinar keçirilib
MƏMLƏKƏT 18:43 / 29.08.2020

Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və"Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyinin təşkilatçılığı ilə"Düzgün seçim uğurlu gələcəklayihəsinin icrasına start verilmişdir. Layihə çərçivəsində 27-28-29 avqust tarixlərində "Karyera planlaması” mövzusunda vebinar həyata keçirilmişdir.

Vebinardaaçılış çıxışı edən"Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyinin sədri Namiq Sərdarlılayihənin məqsədi ve hədəfləri haqqında danışaraq qeyd etti ki, bu layihədə əsas məqsədimiz,yeniyetmə və gənclərə peşə, ixtisas, karyera planlaması mövzusunda ətraflı məlumat verərək peşə və ixtisas seçimi edərkən şüurlu və məqsədyönlü davranmalarına dəstək olmaqdır.

Təlimçi Toğrul Ələkbər çıxış edərək uğurlu gələcəyin təminatı olan düzgün peşə və ixtisas seçiminin əhəmiyyətindən danışdı. Bunun üçün yeniyetmə və gənclərə erkən yaşdan etibarən düzgün istiqamət verilməsinin zəruriliyini vurğuladı. Peşə və ixtisas seçimi edərkən "Özünü tanıma”nın, "Araşdır”manın, "Məqsədlər təyin” etmənin və "Əzimlə işə başlama”nın əhəmiyyətindən danışdı. Əmək bazarının tələblərini diqqətə alaraq peşə seçimi etməyin önəmindən bəhsetdi.

Vebinarın sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verildi. Layihə çərcivəsində hazırlanmış "Karyera planlaması” kitabı və sertifikatlar hər bir iştirakçının ünvanına poçt vasitəsiylə göndəriləcəkdir.



4429 oxunub

InvestAZ