XƏBƏR LENTİ
20 İyun 2021
18 İyun 2021
17 İyun 2021



Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti bahalaşıb
MƏMLƏKƏT 14:36 / 27.08.2020

Ötən ay ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiymətində artım olub.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayı ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti 4.5 faiz bahalaşıb.

Onun sözlərinə görə, bahalaşma daha çox orta və ucuz qiymətə olan bağ evlərində qeydə alınıb. bahalı evlərdə isə 0.71 faiz azalma müşahidə olunub.

Ekspert vurğulayıb ki, artım əsasən mövsümi xarakter daşıyır.


3786 oxunub

InvestAZ