XƏBƏR LENTİ
22 İyun 2021
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Düşmən mülki əhalini hədəfə aldı: Tərtərin kəndi atəşə tutuldu
MƏMLƏKƏT 12:54 / 26.08.2020

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb.

AZƏRTACxəbər verir ki, hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-da səhər saat 05:00 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar.

Atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərə şüşələrini sındırıb.


3787 oxunub

InvestAZ