XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Bakıda maskaya görə sürücünü döyən sərnişin tutuldu - VİDEO
MƏMLƏKƏT 10:14 / 26.08.2020

İctimai nəqliyyatda sürücüyə qarşı xüliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abeşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xırda xüliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması Nərimanov Rayon Məhkəməsinə göndərilib.


3745 oxunub

InvestAZ