XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Qərar verildi - 1 sentyabrdan mövsüm başlayır
MƏMLƏKƏT 15:44 / 25.08.2020

Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illər üçün ov mövsümü Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə sentyabrın 1-dən etibarən açıq elan edilir.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firuddin Əliyev bildirib.

O qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu, Azərbaycan Ovçular və Balıqçılar, Azərbaycan Ornitoloji cəmiyyətləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün başlanmasına qərar verilib.

Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan nazirliyin rəsmi internet səhifəsinin "Elanlar” bölməsində yerləşdirilib.


3563 oxunub

InvestAZ