XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Şəhid ailələrinə sovqat paylanacaq
MƏMLƏKƏT 13:44 / 21.08.2020
"Şəhid ailələrinə maddi və mənəvi dəstək" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bakı şəhərində şəhid ailələrinin post pandemiya dövrünə adaptasiya olması ilə bağlı təbliğat işlərinin aparılması” layihə həyata keçirir.

Layihə barəsində məlumat verən təşkilat sədri Nəzakət Həsənova bildirib ki, Layihə Bakı şəhərinin Səbail, Yasamal rayonlarında olan şəhid ailələrinin koronavirus pandemiyası ilə mübarizə sahəsində məlumatlandırılmasından, onların post-pandemiya dövrünə adaptasiya olması yönündə maarifləndirilməsindən bəhs edir.Onun sözlərinə görə, 3 ay həyata keçiriləcək layihə çərçivəsində Bakı şəhərinin Yasamal, Səbail rayonlarında ehtiyacı olan 60 şəhid ailələrinə yardım sovqatı paylanacaq. Eyni zamanda şəhid ailələri ilə koronavirusdan qorunmağın yolları ilə bağlı maarifləndirici söhbətlər aparılacaq.

Layihə çərçivəsində 500 ədəd maarifləndirici bukletin çap olunduğunu diqqətə çatdıran N.Həsənova qeyd edib ki, bukletlərdə sosial məsafə, maskalardan düzgün istifadə və koronavirusla bağlı ətraflı məlumatlar öz əksini tapıb. Bu bukletlər də pulsuz olaraq Bakı şəhərinin Yasamal və Səbail rayonlarında paylanacaq.

10063 oxunub

InvestAZ