XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Almeyda "Qarabağ"dan getdi
İDMAN 14:33 / 24.12.2019

"Qarabağ"ın futbolçusu Riçard AlmeydaAğdam klubunu tərk edib.

Bu barədə millimizin üzvü Qazaxıstanın sports.kz saytına müsahibəsində deyib: "Qarabağ"dan ayrılıram".

O, "Astana"ya qayıdıb-qayıtmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Biz "Astana" ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişik. Bu, təxminən 3-4 ay bundan əvvəl olub".

30 yaşlı yarımmüdafiəçi agentinin hazırda bir neçə klubla danışıqlar apardığını bildirib: "Amma hələ qərar verməmişəm. İndi istirahətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm. Mənimlə maraqlanan klublar arasında Qazaxıstan təmsilçiləri yoxdur".

Qeyd edək ki, Almeydanın "Qarabağ"la müqaviləsi yanvarın 1-i başa çatır.


10567 oxunub

InvestAZ