Sloveniyada 2019/2020 mövsümünün qalibi müəyyənləşib.
Tselye" tarixində ilk dəfə ölkə çempionu olub.
Komanda 36-cı turda Lyublyana "Olimpiya"sı ilə 2:2 hesablı heç-heçə edib. Xalını 69-a çatdıran "Tselye" ölkə çempionatını 1-ci pillədə başa vurub.
Qeyd edək ki, "Tselye" ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Beləliklə, klub "Qarabağ"ın ÇL-dəki potensial rəqibi olacaq.