XƏBƏR LENTİ
26 May 2022
25 May 2022
24 May 2022



Şəhriyar Məmmədyarov 4-cü oldu
İDMAN 12:22 / 23.12.2019

Şahmat üzrə "Grand Prix 2019” yarışları başa çatıb.

Yenises.az xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov "Grand Prix 2019” seriyasından olan yarışların yekunlarına görə 10 xalla 4-cü yerdə qərarlaşıb. Təmsilçimiz ən yaxşı nəticəni Qran-Pri seriyasının Riqa mərhələsində qalib olmaqla göstərib.

Qran-Pri seriyasının qalibi rusiyalı şahmatçı 20 xalla Aleksandr Qrişuk olub. İkinci yeri Rusiyanın digər təmsilçisi, İsrailin Qüds/Yerusəlim şəhərində keçirilmiş seriyasının dördüncü mərhələsinin qalibi Yan Nepomnyaşi tutub. Hər iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə ediblər.



12989 oxunub

InvestAZ