XƏBƏR LENTİ
26 May 2022
25 May 2022
24 May 2022



Ronaldo "Yuventus"u tərk edə bilər
İDMAN 16:37 / 10.06.2020

İtaliyanın "Yuventus" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo klubunu dəyişə bilər.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində jurnalist və insayder Pyetro Baltsano yazıb.

P.Baltsano bildirib: "Deyiləni təsdiq edirəm: mövsümün sonunda "Yuventus" və "Ronaldo"nun yolları ayrıla bilər. Demək istəyirəm ki, bu hələ şayiədir, konkret xəbər deyil, lakin mən bunun üzərində işləyirəm".

Qeyd edək ki, cari mövsümdə K.Ronaldo "Yuventus"un heyətində Seriya A-nın 22 oyununda iştirak edib, 21 qol vurub və 3 qolla nəticələnən ötürmə edib.


13717 oxunub

InvestAZ