Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra ilk futbol matçı keçiriləcək.
Bu barədə Qarabağ” futbol klubunun mətbuat xidmətindən məlumat verilib.
İlk matç "Sabah”la "Qarabağ” arasında hazırlıq oyunu olacaq.
Masazırdakı yoxlama matçı bu gün saat 19:30-da başlayacaq və "CBC Sport”la canlı yayımlanacaq. Sabah isə 3 yoxlama qarşılaşması birdən keçiriləcək.
Bunlar "Neftçi” – "Keşlə”, "Zirə” – "Səbail” və "Sumqayıt” – "Qəbələ” görüşləridi.
Xatırladaq ki, martın 8-dən məcburi fasiləyə yollanan Premyer Liqamızın iyunun 21-də XXI turla davam etməsi nəzərdə tutulub.
Yoxlama matçı
9 iyun
19:30. "Sabah” – "Qarabağ”
Bakı. "Bank Respublika Arena” stadionu