Almaniyanın "Verder" klubunun futbolçusu Nuri Şahinin zədəsi ciddidir.
Bunu komandanın baş məşqçisi Florian Kofeldt yerli mətbuata açıqlamasındadeyib.O, 32 yaşlı yarımmüdafiəçinin mövsümün sonuna qədərmeydana çıxa bilməyəcəyini bildirib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bir müddət əvvəl bud nahiyəsindən zədə alıb.