XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



UEFA-nın avrokuboklarla bağlı yeni planı
İDMAN 14:07 / 03.06.2020

UEFAavrokubokların formatını dəyişdirməyə hazırlaşır.

Bu barədə"Mundo Deportivo" nəşri məlumat yayıb.Koronavirus pandemiyasına görə dayandırılan hər iki turnirin bərpadan sonra1/4 final mərhələsindən"8-lər finalı" formatında keçirilməsinin müzakirə edildiyi bildirilir.

Matçların ayrı-ayrı şəhərlərdə deyil, Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. Komandalar pley-off mərhələsində olduğu kimi öz aralarında 2 yox,1 oyun keçirəcəklər.

Qarşılaşmaların Münhen və Madriddə oynanılması variantı da nəzərdən keçirilir. Yekun qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında qəbul olunacaq.

Qeyd edək ki, bundan əvvəl, "Sky Sports" nəşri Çempionlar Liqasının "Dördlər finalı" formatında Almaniyada keçiriləcəyini yazmışdı.


10172 oxunub

InvestAZ