"Borussiya"nın futbolçusu Erlinq Holand Kriştiano Ronaldo və Lionel Messi arasındakı rəqabətdən danışıb.
O, kimin daha güclü olduğu ilə bağlı verilən suala belə cavab verib: "Messi, yoxsa Ronaldo? Düzünü desəm, bu suala cavab verə bilmərəm. 2025-ci ildə "Qızıl top"u kim qazanacaq? Messi!".
Qeyd edək ki, 2025-ci ildə Messinin 38 yaşı tamam olacaq.