XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Dibalanın dördüncü koronavirus testi də müsbət çıxdı
İDMAN 12:06 / 29.04.2020

"Yuventus”un argentinalı yarımmüdafiəçisi Paulo Dibalanın COVID-19 virusundan müalicəsi davam edir.

"Football İtalia”nın məlumatına görə, son altı həftədə yarımmüdafiəçinin dörd koronavirus testi müsbət nəticə verib.

Xəstəliyi barədə futbolçu hələ martın sonunda açıqlama verib və sevgilisi Oriana Sabatininin də yoluxduğunu qeyd edib. Son testi də müsbət nəticə verdikdən sonra futbolçu A Seriyasının bərpa olunma ehtimalını da nəzərə alaraq, həkimlərdən daha intensiv müalicə tələb etmək fikrinə düşüb.

Qeyd olunur ki, P.Dibala virus nəticəsində yaranmış antitellərin varlığının müəyyən edilməsi üçün qan analizi verəcək. Antitel aşkarlanacağı halda, həkimlər futbolçuya yeni müalicə təyin edəcəklər.


9485 oxunub

InvestAZ