XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



"Barselona" tarixində ilk
İDMAN 14:59 / 22.04.2020

"Barselona" Nou Kamp stadionunun adını dəyişməyə qərar verib.

Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klubun belə bir addımı atmasına koronavirus pandemiyası səbəb olub. Beləliklə, 2020/21 mövsümü üçün arenanın ad hüququ bunu istəyən sponsora veriləcək. Əldə olunan gəlir isə koronavirusla mübarizəyə xərclənəcək. Bununla da "Barselona"nın stadionuna tarixində ilk dəfə sponsor adı veriləcək.

Qeyd edək ki, Nou Kamp 1957-ci ildə istifadəyə verilib.


9882 oxunub

InvestAZ