XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Ronaldodan sosial mediada fantastik irəliləyiş
İDMAN 15:53 / 19.04.2020

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo futboldakı uğurunu sosial mediaya da daşıya bilib.

Qol.az-ın xəbərinə görə, portuqaliyalı futbolçunun izləyicilərinin sayı son bir ildə fantastik sürətlə artaraq yarım milyarda yaxın - 422 milyona (ötən ilin aprelində 361 milyon) çatıb.

Ronaldo ən yüksək irəliləyişə İnstaqramda nail olub. Ötən ilin aprelində onun izləyici sayı 162 milyon idisə, indi bu göstərici 213 milyondur. Tvitterdə say 77 milyondan 83 milyona, Feybsukda isə 122 milyondan 126 milyona yüksəlib.

Beləliklə, Ronaldo Feysbuk və İnstaqramda ən çox izlənilən şəxsdir. O, Feybsukda 126 milyon göstərici ilə kolumbiyalı müğənni Şakira (94 milyon), amerikalı aktyor Vin Diesel (94 milyon) və repçi Eminemi (82 milyon) geridə qoyur.

İnstaqramda 213 milyon izləyici sayı ilə birinci olan Ronaldodan sonrakı yerləri amerikalı müğənnilər Ariana Qrande (181 milyon), Selena Qomez (173 milyon) və aktyor Dueyn Conson (179 milyon) tutur.

PSJ-nin hücumçusu Neymer isə Ronaldodan sonra sosial şəbəkədə ən çox izlənilən ikinci futbolçudur (242 milyon - İnstaqramda 137 milyon, Faysbukda 59 milyon, Tvitterdə 46 milyon).

"Barselona”nı kapitanı Lionel Messiyə gəlincə, onun sosial mediada ümumi izləyici sayı 241 milyondur. Bununla da o, Ronaldodan xeyli fərqlə geridə qalır. Tvitter hesabı olmayan argentinalının İnstagramda 148 milyon, Feysbukda 93 milyon izləyicisi var.


8364 oxunub

InvestAZ