XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Messiyə qarşı oynamış futbolçu Azərbaycandakı koronavirusdan danışdı
İDMAN 19:00 / 18.04.2020

"Azərbaycanda 1100 nəfərdən çox insan koronavirusa yoluxub. Aprelin 1-dən 20-dək şərtlər məhdudlaşdırılıb. Evdə qalmalıyıq. Gündə iki saat ərzində bayıraçıxa bilərik. Çıxmazdan öncə isə xəbərdarlıq ismarıcı göndərməliyik”.

Oxu.Azxəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Miçel İspaniyanın RPA radiosuna açıqlamasında deyib.

34 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının nə vaxt bərpa olunacağını bilmədiyini söyləyib:

"Aprelin 23-də FIFA-nın iclası keçiriləcək. Məhz bundan sonra biz çempionatımızın başlaması ilə bağlı durumu biləcəyik”.

2008/09 və 2009/10 mövsümlərində İspaniya La Liqasında Xixon "Sportinq”i ilə "Barselona”lı Lionel Messiyə qarşı oynamış futbolçu öz ölkəsi ilə bağlı yaranan duruma da münasibət bildirib:

"İspaniyaya gəlincə, ölkəmizdə vəziyyət düzəlir. Ümid edirəm ki, bundan sonra əhalinin koronavirusa yoluxma və ölüm sayı azalacaq, məşqlərə və futbola start veriləcək. Hamımızın istəyi də budur”.


11956 oxunub

InvestAZ