XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



“AFFA-nın əlindən nə gəlirsə, bizim üçün edir” – FİFA referisi
İDMAN 16:20 / 13.04.2020

"Bizə Hakimlər Komitəsi tərəfindən proqram verilib, ona uyğun məşq edirik. Qidalanmağımıza nəzarət edirik”.

Bu sözləri  FİFA referisi Rəhim Həsənov deyib. Koronavirus pandemiyasına görə, karantin rejimini neçə keçirmələri ilə bağlı suala cavabında o bildirib: "Biz də hamı kimi "Evdə qal" aksiyasına riayət edirik. Təbii ki, evdə məşq etməklə meydançada etmək eyni ola bilməz. Ancaq az da olsa effekt verir”.

Azərbaycan Premyer Liqası dayandırıldığınan hakimlər qonorar ala bilmirlər. Bəs, görəsən, onların fasilə müddətində gəliri haradandır? R.Həsənov deyib:

"Düzdür, qonorar almırıq, amma AFFA bizə dəstək olur. Əllərindən nə gəlirsə edirlər. Vəziyyətin nə qədər davam edəcəyini biz də bilmirik. Təbii ki, bizə də çətindir. Hakimlər də futbolsuz darıxırlar. Ancaq qarşıda nələr olacağını zaman göstərəcək”.


7373 oxunub

InvestAZ