XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



"Zidanın üzrünü qəbul etmədim, 10 dəqiqədə 250 siqaret çəkdim"
İDMAN 18:49 / 11.04.2020

Fransa millisinin sabiq üzvü Villi Saqnol DÇ-2006-da İtaliyaya uduzduqları final oyununda komanda yoldaşı Zinəddin Zidanın meydandan qovulmasından danışıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, görüşün əlavə vaxtında rəqib oyunçu Marko Materatsini kəllə ilə vuran Zidanı etdiyi hərəkətə görə 2 il danışdırmadığını deyib:

"Matçdan sonra Zidan paltardəyişmə otağında üzr istədi. Ancaq mən onun üzrünü qəbul etmədim. Həmin vaxt çox məyus olmuşdum. Zidanla danışmaq istəmədim. 10 dəqiqədə 250 siqaret çəkdim. 2 il ərzində heç danışmadıq".

Saqnol Zidanla sonrakı görüşünü xatırladıb:"2008-ci ildə evləndim. Həyat yoldaşım toyumuza Zidanı dəvət etməyimi söylədi. Ona zəng etdim və növbəti gün görüşdük. Yaxşı söhbət alındı".

Qeyd edək ki, Zidan İtaliya ilə görüşdə etdiyi hərəkətə görə qırmızı vərəqə alaraq meydanda qovulmuşdu.


8220 oxunub

InvestAZ