XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Qaçqınkom": "Sel Goranboyda 306 məcburi köçkünün evinə ziyan vurub"
MƏMLƏKƏT 22:37 / 23.06.2022

"İyunun 22-də yağan güclü yağış nəticəsində sel suları Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində məcburi köçkünlər üçün salınmış 306 fərdi evdən ibarət qəsəbəyə ziyan vurub".

Bu barədə Yenises.az-a  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

"İlkin məlumata görə, sel qəsəbənin daxili yol və küçələrini basıb, 12 fərdi evin zirzəmisinə su dolub. Məcburi köçkün ailələrin yardımçı təsərrüfatlarına da ziyan dəyib: ev quşları arasında tələfat var, həyətyanı sahələrdə bəzi ağaclar və əkinlər məhv olub.

Qaçqınların və Məcbrui Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakıdan ezam olunmuş müvafiq strukturlarının əməkdaşları təbii fəlakət baş vermiş ərazidədir. Dövlət Komitəsinin Mənzil-Kommunal İstismar Departamentinin Goranboy mənzil-istismar sahəsinin (MİS) işçi qüvvəsi və texniki vasitələri təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb edilib.

MİS-in rəisi Seymur Çobanov bildirib ki, hazırda qəsəbədə sel sularının törətdiyi fəsadlar aradan qaldırılır, zərər görmüş evlərin zirzəmiləri sudan təmizlənir, məcburi köçkün ailələrə dəyən zərər dəqiqləşdirilir", - məlumatda qeyd edilib.


1715 oxunub

InvestAZ