XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Əbülfət MƏDƏTOĞLU: - BU ANIN şeiri...
Ədəbiyyat 08:28 / 23.06.2022

İndi quyu dibidi,
İçində olduğum an...
Sadəcə işin görür -
Səssizcə sökülür Dan!..
Əlim qoynumda halsız...
Diş arasında dilim...
Saçından üç tel uzat -
Kirpiklərimi silim...
Xatirələr mücrüsü
Diqqətimi çəkir? - hə.
Bu gecənin mürgüsü -
Yenə qaldı bakirə...
Sən xəyalı cilovla,
Ümidə ağı söylə...
Bir balıqlıq tilovla -
Cala ruhumu göylə...

1416 oxunub

InvestAZ