XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Əfqanıstanda dəhşətli zəlzələ:Ölənlərin sayı 920 nəfəri keçdi – YENİLƏNİB +VİDEO
DÜNYA 13:30 / 22.06.2022

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 920 nəfəri ötüb, daha 620 nəfər yaralanıb.

Bu barədə yerli "TOLOnews” telekanalı bildirib. 

11:34

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 280 nəfəri ötüb, daha 595 nəfər yaralanıb.

Ölənlər əsasən Paktika vilayətinin Barmala, Ziruk, Naka və Qayyan rayonlarındandır.

Yerli hakimiyyət orqanları mərkəzi hökumətin təcili yardım göstərmədiyi təqdirdə ölənlərin sayının arta biləcəyini vurğulayıblar.

Qeyd edək ki, episentri Xost şəhəri yaxınlığında olan zəlzələ 200 km aralıda yerləşən Kabildə və Pakistanın paytaxtı İslamabadda da hiss olunub.

09:42

Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində baş verən zəlzələ nəticəsində ən azı 255 adam ölüb. Yeraltı təkanların gücünün 6,1 bal olduğu bildirilir.

"Al Jazeera” telekanalının hökumətdəki mənbəyə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində daha 150 nəfər xəsarət alıb.

Ancaq Qızıl Aypara cəmiyyətinin cənub-qərb zonasının rəhbəri Elias Naseri hazırda ancaq 120 nəfərin öldüyünü təsdiqləyib.

Sosial şəbəkələrdə yayılan kadrlardan aydın olur ki, yaralılar xəstəxanaya helikopterlərlə daşınırlar.(oxu.az)

 


727 oxunub

InvestAZ