XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Dəniz altında afişalı evlilik təklifi: “Bəli”dirsə, mənə sarıl, “Yox”dursa, oksigen balonunu bağla” - VİDEO
Maraqli 10:53 / 22.06.2022

Muğlanın Fethiye bölgəsində polis məmuru olan Alper Sidekli adlı şəxs dəniz altında nəhəng bir afişa ilə tibb bacısı olan sevgilisi Fatmanur Erginə evlilik təklif edib.

Alper Sidekli Fethiyedə dalğıc təlimatları ilə birlikdə dənizin altında sürpriz evlilik təklifi üçün hazırlıqlara başlayıb.

Bütün müştərilərlə birlikdə lazımi təlimatlar verilərək içində Alper və Fatmanurun da olduğu xüsusi dalğıc qayığı ilə gəzintiyə çıxılıb. Dalğıc təlimi üçün cütlük beş metr dərinliyə enib. Bu zaman dalğıc təlimatçısı və polis məmuru anidən dənizin dibində sürpriz evlilik afişasını açıb. Afişadakı maraqlı yazı isə qızı çox duyğulandırıb. ""Bəli”dirsə, gəl mənə sarıl, "Yox”dursa, oksigen balonunu bağla”, - deyə afişada qeyd olunub. Rəngarəng balıqlar arasında yazını oxuyan qız sevgilisinə sarılıb. Bir müddət balıqlar arasında üzdükdən sonra cütlük qayığa qayıdaraq xoşbəxtliklərini paylaşıb.



1814 oxunub

InvestAZ