Günəşi gözlərində gördüm , unutdum,
Dağ aşdım, dolaşdım, gəldim, unutdum,
Ruhumun uğrunda öldüm, unutdum,
İndi xatırlamağım nəyinə gərək ?
Bu dəli könlümün ədəbi sənsən ,
Döyündü, döyüldü, səbəbi sənsən,
Ərköyün biriyəm, tələbim sənsən,
İndi yadırğamağım nəyinə gərək ?
Sus dedim , söz dedim , anlaya bilsən,
Meh olub dənizlər adlaya bilsən,
Közərən hissləri odlaya bil SƏN!
İndi acılamağım nəyinə gərək ?
Əsəbi halımın sakit axırı,
Ruhumun ağrısı , qəlbin ağırı,
Bilirsən, gözlərim səni çağırır,
İndi qaş -qabağım nəyinə gərək ?
Gəl otur dizimin duzları üstə,
Gəl səril qəlbimin buzları üstə,
Yerini salmışam gözlərim üstə
Daha dörd divarım, bu daş, torpağım,
Daha bu yer üzü nəyinə gərək ?