XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Kəramət : - ƏGƏR ƏT YOXSA, MƏNƏ ÇƏNGƏL-BIÇAQ TUTMAĞI ÖYRƏTMƏ, HAMININ BAŞI YEMƏYƏ QARIŞMIŞDI
YAZARLAR 14:35 / 20.06.2022

Oxumuşdum, S. Behrəngi İranda Maarif Naziri, ya müaviniymiş, tədrisdə süfrə mədəniyyəti-,çəngəl-bıçaqla əti necə kəsmək və s. öyrədilmək varmış, yaxşı bir söz deyib istefa verir : "Əvvəlcə uşaqlara, şagirdlərə ət verək ki, sonra onu necə yeməyi öyrədərik." O günləri dərslikdəki mətnlərin yararsızlığı haqqında şair dostum çıxış edirdi, səmimiyyətlə, cavabım bu idi ki, hər kəs öz evini, həyətini təmizləməlidi. Yəni mən özüm saxtakar deyiləmmi?
Protein çatışmazlığından əziyyət çəkən körpələrin, uşaqların zehni-fiziki çatışmazlıqla böyüyəcəyinin fərqindəmisiniz. İndi reklam yeyib-içirik. Hər sahədə, söz sənəti də..biabrçılıq.
Ac adamın bir tikə çörəyin quluna çevrilməsi qədər normal nə ola bilər ki..Belə baxanda kimsəni qınamaq da doğru deyil..
Bir tikə çörəyin quludu hərə
sən də nəyi qoyub, nə axtarırsan
Ruhun göyə sığmır, cismin də yerə
Yazıq bəndələrdən sən nə umursan?-yazmışdım bir zamanlar
Aradabir "fatihə", "mübarək olsun" ..xor kopellasə. Yasa-toya, birnənalı olaraq, hamı yeməyə, biri-birinə, toy-yas yiyəsinə (mənsəb sahibi olması ayrıca tragikomediyadı) özünü göstərməyə gedir.
Bizim Natəvan klubundakı tədbirlər də təqribən belədi. Bir nüansı da müşahidə etmişəm; Əgər tədbirdə AYB sədri iştirak edirsə, süpürgəçidən tutmuş katib, baş redaktora qədər hamısı səfərbər olur, əks təqdirdə əks mənzərəylə qarşılaşırıq. Yəni heç kəsin öz iradəsi yoxdur, istər toyda-yasda yeməkdə mədə iradəsi, tədbir-iclasda da yalaqalıq olsun, fərq etməz..Kimsəni qınamaq haqqını da özümdə görmürəm, əksinə özümü qınayıram zaman-zaman .
Zahirən kimsə kimsəni nəyəsə məcbur etmir. Məcbur etmir ki, toyda-yasda qarşısında yemək ola-ola eyni yeməyi əlini uzadıb yaxındakının qarşısından götürüb öz qabağına qoysun, bir idarə-təşkilat rəhbəri kiməsə demir ki, filankəsin tədbirində iştirak et-etmə. Amma hamı bilir ki, davranışlarımız, yazdığımız şeirlər belə ümumiyyənin nəzarəti altındadı, başqa cür ola bilməzsən, əgər "qəhrəmanlıq edəcəksənsə" buna da icazə verməlidilər, misginin birindən "qəhrəman" qayırmalıdılar, necə ki, tipik rus alkaşı-Boris Yeltsendən "patriot" düzəltdilər., Nemət Pənahlının drijor çubuğu da yadınızdadır. Ruhən-fikrən kölə olan kütlə normal məntiqini itirir, özünəgəlməsi də zaman alır. Heç unutmaram; indi ds-dokror olan, onda 7-8yaşlı qızım Turanı da mitinqə aparmışdım, tribunadan kimsə qışqırırdı,-tanhkları yumruğumuzla partladarıq. Turan pencəyimin ətəyini çəkdi, əyildim, "Ata, yumruqla tankı partlatmaq olar?" soruşdu, cavab verə bilmədim.
Kütlə heç nəyin fərqində olmur. Bizdə də başını, qolunu sarıyanlar zamanıı gəlincə dövriyyəyə buraxılır.
İcazəli qəhrəmanlar könüllü kölələrin içindən çıxır, daha doğrusu, çıxarılır. Ədəbiyyatda da eyni mənzərəni görürük. Bir "tənqiddən də aşağı"(Əli Kərim) birini məzur yaradıb, sonra ekranlar, tədbirlər, təriflər..onda başa düşürsən ki, artıq şah tərəfindən mükafatlanıb..
Bilmirəm,, mənə belə gəlir, yoxsa, hamıda belə bir hiss-fikir yaranıb.; Kitab təqdimatları, tədbirlər, t.v reklam verilişləri, tənqidçilərin dəllallığı (oxucu-müəllifarası), sayt-qəzet-jurnal görüntüləri , poz verilən şəkillər (bəzi fotolar Torqovıda özünüsatmağa çıxmağa da bənzəyir, vallah) əvvəlki marağı, cazibəni yaratmır. Bəlkə, təkcə mənə məxsus duyğudu, ola bilər.
Hə, onu deyirdim axı, hamının şəkilçəkdirməyə başı qarışdığında mənim də Şuşaya getməyimdən kimsə xəbər tutmadı.
Kimsə xəbər tutmadı ki, mən sənin yasında, toyundaydım, axı, hamını başı yeməyə qarışmışdı..

3295 oxunub

InvestAZ