XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Xanım İsmayılqızı :- HƏKİM
Ədəbiyyat 09:59 / 17.06.2022
Həkimlərimizin günü mübarək. Əlləri sehrli olsun daima.
***
Bütün xəstələri sağaldan həkim,
Mənim azarımın əlacını tap.
Hər gün qaşıq-qaşıq yediyim balı
Zəhərə çevirən bu acını tap.
Bir iynə vur mənə, huşu itirim,
Kəs, doğra canımı, ziyanı yoxdu.
Onsuz da vücudum bəla içində
Sızlayır, ağrısız bir anı yoxdu.
Ürəyimi çıxar, yenisini qoy,
Beynimi parçala, fikirləri yu.
Gözümün dibinə işığı göndər,
Ora düşüb qalan şəkilləri yu.
Qanımı təmizlə, qanım qaralıb,
Axıt, yeni rəng vur, tap bu çözümü.
Bütün xəstələri sağaldan həkim,
Elə et, tanıya bilim özümü.

3152 oxunub

InvestAZ