Dözümümü gördükcə,
mənə vurulur kədər...
Lilləndikcə, çökdükcə -
məndə durulur kədər!..
Alaçıqmı, ya dammı
Nuhdan qalan adammı?!
Ən sonuncu xətammı -
Mənlə sürünür kədər?!
Ruhumdakı şüa tək,
Dilimdəki dua tək...
İçimdəki yuva tək -
Hər gün qurulur kədər...
...Özü-özündən bezir,
özü özünü çözür...
Bir azca mənə dözür -
bir az yorulur , kədər!..
2955 oxunub