XƏBƏR LENTİ
10 Avqust 2022
09 Avqust 2022



Şakir Xanhüseynli: - Adsız şeir
Ədəbiyyat 17:29 / 10.06.2022

Gözləyirsən bir kitabın satıla,
böyük şair,
bir kitabın alına,
qəlbin atlana-atlana
gedib onun puluna bir çörək alasan,
su alasan,
birinin ürəyini alasan,
araba alasan,
bir də gedib hardasa
özünə bir xaraba alasan-
mümkünmü-
böyük şair,
sən hər şeysiz keçinərsən,
amma hökmən ən çox sevdiyin
bir viranən olmalı-
Vətənin olmalı, vətənin
sənin...

3848 oxunub

InvestAZ