XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Bakıda iki qadını və uşaqlarını avtomobil vurdu
KRİMİNAL 09:47 / 26.05.2022
Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub.

Yenises.az  Report-a istinadən xəbər  verir ki, , hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, yolun piyadalar üçün qadağan olunmuş hissəsindən keçən 1993-cü il təvəllüdlü Adilə Sabir qızı Dünyamalıyeva və onun övladı 2020-ci il təvəllüdlü Banu Turan qızı Dünyamalıyevanı, 1991-ci il təvəllüdlü Türkan Qəhrəman qızı Hacıyeva və onun övladı 2021-ci il təvəllüdlü Sabir Firuz oğlu Hacıyevi avtomobil vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı A.Dünyamalıyevaya baş-beyin silkələnməsi və burunun sınığı, T.Haciyevaya isə sağ almacıq sümüyünün sınığı və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Xatırladaq ki, A.Dünyamaliyeva və T.Hacıyeva qohumdurlar.

Faktla bağlı araşdırma aparılır .


2048 oxunub

InvestAZ