XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Xatirə Rəhimbəyli - ADSIZ ŞEİR
Ədəbiyyat 08:47 / 26.05.2022
Baxma gözümün suyu boldu,amma nə fayda,
Xəyalımın bağçası solub gedibdi çoxdan.
Ürəyimə əkdiyin ümidlərim zay oldu,
Mən də əkinçiliyin daşın atdım o vaxtdan.
Bütün həqiqətləri səninçün silib atdım,
Bilirsən niyə susdum?İstəmədim küsəsən...
Əl mənim ,ətək sənin,qorxma, baltana qurban,
Əlimi kəs,qıymaram ətəyini kəsəsən.
Sönüb sonuncu ümid,fikrim qırış-qırışdır,
Sizdə işıq yanırmi?Ya borca ütün olmaz?
Yenə köhnə dost kimi sənə tutdum üzümü,
Yaman kasıblamışam,bir az ümidin olmaz?
Yox,darıxmaq deyil bu...heç sevgi də deyil,yox,
Sənin də çox "yox"un var,görürəm gözlərindən.
Köhnə arxdı,nə deyim,bəlkə yenə su gələr,
Onda dayaz qazmışıq,indi qazaq dərindən?
Baxma gözümün suyu boldu,amma nə fayda,
Xəyalımın bağçası solub gedibdi çoxdan.
Ürəyimə əkdiyin ümidlərim zay oldu,
Mən də əkinçiliyin daşın atdım o vaxtdan.
Bir 2 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "TH" şəkili ola bilər

2322 oxunub

InvestAZ