XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Əbülfət MƏDƏTOĞLU: - GEDƏCƏM...
Ədəbiyyat 07:31 / 26.05.2022

Mən,Cənnət qapısına ,
Adam kimi gedəcəm...
Bir buğdanın qurbanı -
Adəm kimi gedəcəm!..
Çin-çin edib ahımı,
Dərk edib günahımı...
Səcdəyə, Allahımı -
Hatəm kimi gedəcəm...
Bu ürək diliklənmiş,
Bu ömür. - külüklənmiş...
Səndən mən çiliklənmiş -
Badəm kimi gedəcəm!..
Günümə gün toxuyan,
Həsrətinin toxuyam!
Mən yazan, sən - oxuyan -
Fatihəm kimi gedəcəm...

2183 oxunub

InvestAZ