XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Şakir Xanhüseynli: - Evimi...
Ədəbiyyat 21:53 / 25.05.2022
Qardaş evi dost evimi,
dost evi qardaş evimi...
Endim öz göyümdən yerə,
ucaltdım daş-daş evimi...
Bəzən ağrımda, acımda...
sanki bükərək pambığa
Saxlayıram ovucumda
yay olsun, ya qış, evimi...
Bir duyğudan uçunuram,
bir duyğu məni uçuran...
Dedim bəxtidi açılan,
ya qapısıymış evimin...

3286 oxunub

InvestAZ