XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Azərbaycanda qız sevgilisi ilə marketin damını sökdü
KRİMİNAL 16:03 / 25.05.2022

Yevlaxda 18 yaşlı qız sevgilisi ilə marketin damını sökərək oğurluğa girib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan    Yenises.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, A.Bayramova və İ.Əliyev saxlanılıb.

Məlum olub ki, onlar qabaqcadan əlbir olaraq rayonun Xaldan kəndi ərazisindəki marketin damından qeyri-qanuna yolla içəri daxil olublar. Tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. Onların zərərçəkmiş şəxsə 5550 manatdan artıq ziyan vurduğu aşkarlanıb.

Araşdırmalarla A.Bayramovanın 2004, İ.Əliyevin 1998-ci il təvəllüdlü olduğu, daha əvvəl də oğurluq əməlləri törətdikləri məlum olub.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.


1684 oxunub

InvestAZ