XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Sən hələ bilmirsən - Saqif Qaratorpaq
Ədəbiyyat 08:21 / 25.05.2022
Sən hələ bilmirsən,necə qırılır,
Necə çiliklənir içindən adam.
Boğulur,havası çatışmır evdə,
Gözləri qapıda qalır hər axşam...
Hər gün öz külündən bir də doğulur,
Dərdi çiçəkləyir üzündə dən-dən.
Qara günlərini ağ sap eləyib
Hər gecə keçirir öz kipriyindən.
Sən hələ bilmirsən,necə əzabdı
Misra-misra ölüb,söz-söz doğulmaq;
Dağıdıb qanını neçə tikana,
Torpağa qarışıb,güldə yox olmaq...
Gözlərin qaralar-boylansan bir az,
Ürəyin çəkilər-uzandıqca yol.
Geri dön,hələ ki təzədi yaran,
Gün gələr, mənə də deyərsən:-Sağ ol!
Heyif,oda düşdüm mən öz dilimdən,
Indi tüstüləyən bacasız evəm.
Ömrümü-günümü yedi adamlar,
Ürəkmi qoydular-təzədən sevəm..

2476 oxunub

InvestAZ