XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



“Onun sənətini, xasiyyətini bir tərəfə qoyuram, bu böyük insanın böyüklüyü ondadır ki...”
Maraqli 21:49 / 24.05.2022
"Fuad haqqında danışmağa söz qurtarmaz. Ortada bir fakt olur ki, nəinki ildə iki dəfə, ildə iki min iyirmi iki dəfə soruşsan ki, Poladovun adı nədir? Deyəcəm ki, Fuaddır. Sadəcə yeni assosiasiyalar, əhval, ovqat yaradır. Amma bir həqiqət var ki, o Fuad Poladovdur”
 
Yenises.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət dostu, aktyor Fuad Poladov haqqında danışarkən deyib. S.Səxavət Fuad Poladovu bir şəxsiyyət kimi belə xarakterizə edib: 
 
"Onun haqqında demək olar ki, hər şeyi demişəm. Amma hər dəfə də nəsə yenə özün də fikirləşmədən yeni, təzə bir şey deyirsən. Fərz edək ki, insan da bir cisimdir, milyard tərəfdən ona baxmaq olar və hər tərəfdən baxanda da o mütləq fərqlənir. Fuad Poladovun sənətini, xasiyyətini bir tərəfə qoyuram, bu böyük insanın böyüklüyü ondadır ki, ona çox tərəfdən baxmaq olur. Adam var sənətindən, nüfuzundan asılı olmayaraq ona uzaq başı bir-iki tərəfdən baxırsan. Bu adamın isə tərəfi yoxdur. Amma Fuad o mənada tərəf nöqteyi-nəzərindən sonsuzdur”. 
 
Qeyd edək ki, Fuad Poladov 24 may 1948-ci ildə anadan olub. 

1811 oxunub

InvestAZ