XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Çavuşoğlu nöqtəni qoydu – “Türkiyənin şərti budur...”
SİYASƏT 21:39 / 24.05.2022

Fələstin və İsrailə rəsmi səfərə gedən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu təyyarədə jurnalistlərə açıqlamalar verib.

Yenises.az  Teleqraf.com-a istinadla  xəbər verir ki, Çavuşoğlu ABŞ-la "F-16” müzakirələrinin normal şəkildə davam etdiyini bildirib.

Türkiyənin terrorizmi dəstəklədikləri üçün NATO-ya üzvlük müraciətlərinə qarşı çıxdığı Finlandiya və İsveçdən də danışan nazir deyib:

"İsveç və Finlandiya terrorizmə dəstəyi dayandırmalıdır, konkret addım üçün yazılı razılaşma istəyirik”.

Nazir Finlandiya və İsveçdən olan nümayəndə heyətlərinin bu gün axşam saatlarında Ankaraya gələcəklərini açıqlayıb. Sabah keçiriləcək görüşdə Türkiyə, Finlandiya və İsveç bir masa ətrafında bir araya gələcək.

NATO baş katibinin iştirakı ilə dördtərəfli görüşün də keçirilə biləcəyini deyən Çavuşoğlu bu təklifin alyansın baş katibindən gəldiyini söyləyib.


1026 oxunub

InvestAZ