XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



KƏRAMƏT : -YARATDIĞINI ÖLDÜRMƏK...
YAZARLAR 09:42 / 24.05.2022

bəşəriyyət YENİ TANRI axtarışında.
Yaradıcılıq elə bu deyilmi, daim qurmaq, qurduğun dünyanı dağıdıb yenisini-sənə görə mükəmməlini yaratmaq, beləcə davam etmək...özündən sonra özünü qoyub getmək. O zamana kimi ki, başqa bir SƏN gəlib qaldığın yerdən davam edəcək, beləcə estafet...haçana qədər. Bəs bu çoxluğun-ikiayaqlı məxluqatın işi nə?
Səni-düşüncələrini, ruhunu sümürmək, protein kimi istifadı etmək, qorxduğu meşədə sənin dərindən məşəl düzəldib qorxu bataqlığından çıxmaq, leşini də qarğalara əta eləmək. Daha səndən heç nə qalmayıb, bu səbəbdən təzə birsənə möhtacdılar, qorxurlar, onlara təzə bir günəş-Sən gərəkdir. Yeni bir ev tikmək, güvənli bir liman... tufanlardan qorunmağa.
Bizdən öncə qorxu yaranıb və mənə görə YARADANIN ÖZÜNÜ DƏ QORXU YARADIB. Hə, biz qorxudan şeir yazır, mahnı oxuyur, idarə edir, idarə olunuruq. Qorxumuzu yenə bilirikmi? Allahdan qorxmayan kafirdir, O BÖYÜK qorxudur və belə baxanda qorxumuzu da özümüz yaratmışıq. Belə deyirik ki, Bizi yaradan Allahdı, o bir olan Allah haqqı. Yaxşı...o bir olan Allahdan qabaq çoxlu-çoxlu Allah kolleksiyası yaradan da biz deyildikmi. Od, su, sevgi, xeyir və sairə Allahları-bütləri də biz yaratmadıqmı, elə dünəndi..Nə tez unutduq, o bütlərə sitayiş edən, hamının içində yaşadığı yuva o deyildimi? Bir YARADICILIQ EPOXASI bitmişdir, bütləri dağıtmaq zamanı gəlmişdir. Çoxlu-çoxlu bütləri-əraziləri, insan inancını işğal dövrü başlamış, çoxlu qəbilə-tayfalar-əraziləri tək bir əldə birləşdirməyə ehtiyac duyulmuşdu. Balaca-balaca qorxular BÖYÜK QORXU tərəfindən işğal olunmuş, təkdinlik-təkinanclıq başlamışdır. Peyğəmbərlər dağıdıb yaratmaq öçün göndərilmişdir. Hə, onu da deyim ki, TƏK OLAN ALLAHIN çoxadlılığı çoxallahlılıqdan qalıb. Yəni bütpərəstlilikdən. Sonrakı yaradıcılıq mərhələsi qurub-dağıtmaq, dağıdıb-qurmaq israrla davam etmədədir. Qorxunu içimizdə daşıya bilməzdik, onu göyə çıxardıq-"Allah göydədir, ərşü-əlada".
"Həqq məndədir"(Nəsimi) desən kütlənin qorxu nizamını pozarasn, dərinə saman təpərlər, axı təzə qorxuya hamilə deyil bəşər, hələ o-nu doğmalı ki, əvvəlkini öldürsün. İndi anlaşıldımı az da olsa?
Burda, icazənizlə, dərindən nəfəs almaq istəyirəm...İndi tək olan Allahı, Tanrını öldürmək üçün əlimizdə əsas olmalıdı...Dinin, Tanrının idarəetmədən ayrılması, bir qorxunu başqa qorxuyla əvəzlənməsi, kilsəylə dövlətin bağının kəsilməsi, təzə qanlar-Tanrılara verilən Qurbanlar...beynimi dimdikləyir. Hə, əziz Nitsşe, adamların bildiyi, yenə də qorxusundan qəbullənmədiyi "Tanrı öldü" xəbərini dilə gətirdiyində havalandın., atı qırmanclayan at sahibinin qırmancları başına dəyməliydi, sən döyülən atın başını qucaqlayıb, -mən sənin aörını duyuram,-deyəndə, öldürülməliydin. İnsan qorxduqlarını öldürür, yaradıcıları öldürür bu səbəbdən. Nağılları qorxusundan uydurub qorxaq-qorxulu varlıq.
QANUNLARIN QORXUSU ALLAH QORXUSUNU ƏVƏZLƏDİYİ KEÇİD DÖVRÜ...Qısametrajlı film kimiymiş bəşər həyatı. Reklamlar imkan versaydı bir az yaşayardıq, öz filmimizdə rol alardıq.
Elmi-texniki tərəqqi, təbiəti yağmalamaq, çayların axarını , dağların yerini dəyişmək, ilk robotun yaradılmasıyla insan elə bildi ki, qorxusunu yenib, daha ona Qorxu_Allah lazım deyil. Böyk Qorxunun büllur qlobusu partladıldı, çilik-çilik dağıldı...sonra balaca-balaca idarəçilərin üzündə aramağa başladıq Qorxu-Tanrı nişanələrini. Nə qədər ürəkbulandırıcıyıq, deyilmi?
Özümüzü Aya, Marsa, bilgisayar virtual dünyaya daşımaq ilk qorxunun sonucudur hələlik. Bizə təzə qorxu gərəkdir, təcili.
YENİ YARADICI ALLAH HARDASAN, qorxusuz yaşamaq olmur.
Düşünürəm, yaradıcılıq -qorxu öz-özünü tükədərmi?
Bütün KİTABLAR bir qorxunun sonunda yeni Qorxu kimi yazılıb, göndərilib. Hamısı da mağaraya-tənhalığa çəkilərək ...Bu yuxarıda izləməyə çalışdığımız gedişatda -yaratdığını uçurub daha mükəmməlini yaratmağın mayasındakı VAHİMƏ Allah-bəndə əlaqələrində də müşahidə olunur. Yəni Allah insanı yaradıb, insan qorxusundan Allahı yaradıb davamlı olaraq..bu proses nə qədər sürəcək? Gördüyüm o ki, bəşəriyyətin yeni QORXUYA-ALLAHA EHTİYACI VAR. (Tövbə-əstəafurüllah)

4407 oxunub

InvestAZ