XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Bakının mərkəzi küçələrindən biri 20 günlük bağlanır
MƏMLƏKƏT 07:53 / 24.05.2022

Formula 1 üzrə Azərbaycan qran pisinə hazırlıq işləri ilə əlaqədar Bakıda Azadlıq - Neftçilər prospektinin kəsişməsi mayın 23-də saat 23:00-dan yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Yenises. az xəbər verir ki, bu barədə Bakı şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Yolun bağlanması yarışa hazırlıq zamanı yollarda quraşdırma işləri ilə əlaqədardır. Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur.

Azərbaycan qran-prisi 10-12 iyunda keçiriləcək.


2120 oxunub

InvestAZ